“KARVAN-L” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən ən iri özəl istehsalat və ticarət müəssisələrindən biridir. Biz fəaliyyətə 1993-cü ildə kiçik şirkət kimi başlamışıq. Şirkətimiz Azərbaycan-da lak və boya məhsullarının istehsalı və idxalı üzrə ixtisaslaşmış ilk şirkətdir və «Ярославские краски» şirkətinin ilk rəsmi distribyutoru olub. Ötən 25 il ərzində biz Azərbaycan iqtisadiyyatının tələbatlarına həssaslıqla yanaşaraq müxtəlif sənaye sektorlarında fəaliyyət göstərən çoxprofilli təşkilata çevrildik. Şirkətin istehsal prosesində innovasiya texnologiyalarının tətbiqi və kadr potensialının inkişafına yönəlmiş elmi-texniki bazası uğurlu inkişafın əsasını təşkil edir.
Hal-hazırda biz daxili və dünya bazarlarında aşağıdakı istiqamətlərdə fəaliyyət göstərən müəssisələrlə fəal şəkildə təmsil olunuruq:
“KARVAN-L” şirkətinin müəssisələrində istehsal olunan məhsullar Azərbaycan bazarının tələbatını təmin etməklə yanaşı, xaricə də ixrac edilir. Əsasən kimya sənayesi sahəsinə aid olan məhsullarımız Almaniya, İspaniya, ABŞ, Kanada, Argentina, Braziliya, Rusiya, Ukrayna, BƏƏ, Çin, Yaponiya və digər ölkələrə ixrac olunur.
“Karvan-L” Azərbaycanda ilk yerli lak və boya istehsalçısı olmuşdur.
Kimyəvi məhsulların istehsalı və ixracat
Prezident İlham Əliyevin “Karvan-L” şirkətinə ilk səfəri
Utilizasiya və Təkrar Emal prosesi üçün ilk ən böyük Beynəlxalq müqavilənin imzalanması
Azərbaycanda ilk Şüşə emalı və metal kompozit qurğularının istehsalı zavodunun tikilməsi
Sənaye Parkının Ağstafa-Karvan-L Eko’da açılışı
300-dən çox işçi, 3 şirkət, 50-dən çox məhsul