KARVAN-L GLASS

"Karvan-L Glass" şirkəti 2008-ci ildən etibarən şüşə emalı, mürəkkəb metal konstruksiyaların hazırlanması, eləcə də müasir fasad sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərir. Hazırkı dövrə qədər şirkət Azərbaycanda və xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə fəal iştirak etmişdir. Bundan əlavə, "Karvan-L Glass" şirkəti Azərbaycanda yanacaq doldurma məntəqələrinin layihələndirilməsi və inşası sahəsində də tanınır. Şirkət, müasir fasad sistemləri və mürəkkəb metal konstruksiyaların quraşdırılması üzrə iri layihələr həyata keçirmişdir. Layihələrdə dünyanın qabaqcıl istehsalçılarının məhsullarından istifadə edilir, xammal və materialların keyfiyyətinə ciddi nəzarət olunur. Hazırda "Karvan-L Glass" dinamik şəkildə inkişaf edən müəssisəyə çevrilmişdir. Şirkətin məhsullarına həm daxili, həm də xarici bazarlarda tələbat artmaqdadır. Bütün məhsullar müvafiq normativ-hüquqi tələblərə uyğun istehsal edilir. Şirkətin təklif etdiyi məhsul və xidmətlər: Fasad sistemləri: Mürəkkəb və müasir fasad sistemləri: silikon, qapaqlı, spayder Yanacaq doldurma məntəqələrinin (YDM) layihələndirilməsi və inşası İctimai iaşə obyektləri: yay və qış bağçaları Metal konstruksiyalar: Ferma, anqar, anbar tikintisi Parklar və fərdi yaşayış evləri üçün oturacaqlar (skamya) Fərdi yaşayış evləri və ictimai iaşə məkanları üçün fırlanan şüşə masalar Metal, alüminium və şüşə məhəccərlər Düz və spiralvari pilləkənlər Qapı və pəncərə sistemləri: Plastik qapı və pəncərələr Alüminium həbəşəbə sistemləri Ofis arakəsmələri (alüminium, şüşə) Cam balkon sistemləri (qatlanan, siyirmə) Duş kabin arakəsmələri Şüşə rəflər, gizli açılan pəncərələr Gülləkeçirməz şüşələr Partnyorlarımız: Azpetrol Ltd. MMC Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Abadlıq Xidməti PASHA Bank Azexpo Kapital Bank AZƏRTEXNOLAYN Sumqayıt Texnologiyalar Parkı (STP) "ASAN xidmət" mərkəzləri PMD Group İcbari Sığorta Bürosu

Yuxarı

Copyright © 2023 Maestro Studio. All rights reserved