
POWER L GÜBRƏLƏRİ
Power L gübrələri həm üzvi və həm də qeyri üzvi birləşmələrdən ibarət gübrələrdir,amin turşularının yüksək konsentrasiyası ilə seçilir. Qeyd etmək lazımdır ki,məhsul eyni zamanda humik turşular,polisaxaridlər və bitgi ücün vacib olan makro və mikro elementlərlə zənginləşdirilmişdir. Amin turşuları maddələr mübadiləsinin ən fəal iştirakçılarından biridir, onların əsasında zülallar,fermentlər və böyümə hormonları əmələ gəlir ki, bunlar da bitki inkişaf mərhələlərinin əsasını təşkil edir. Amin turşuları stress halında bərpa reaksiyalarını sürətləndirir.
• Makroelementlər : Azot (N); Fosfor(P) Kalium(K) və Kalsium (Ca) bitkilər tərəfindən daha çox udulan elementlərdir.
• Mikroelementlər : Dəmir (Fe); Mis (Cu) ; Manqan (Mn) ; Sink (Zn) ; Molibden (Mo) və Bor (B) bitkilər tərəfindən nisbətən az udulan elementlərdir.
POWER L GÜBRƏLƏRİ FAYDALARI
• Məhsuldarlığı artırır
• Bitkilərdə böyüməni sürətləndirir
• Meyvənin keyfiyyətini artırır və böyüməsinə kömək edir
• Bitkilərdə müxtəlif aylarda yaranan daxili və xarici streslərə qarşı dayanıqlılığını artırır
• Bitkilərdə xlorofil konsentrasiyasını artıraraq fotesintezi sürətləndirir
• Yarpaqlarda stomaların işinə, asanlıqla yığılıb-açılmasına təsiri ilə qaz mübadiləsini sürətləndirir
• Хelatlayıcı fünksiyasi ilə bitkidə mikro elementlərin daşınması və mənimsənilməsini sürətləndirir
• Bitki hormanlarının sintezinə müsbət təsir edir
• Bitkilərdə çiçək inkişafında rol oynayır və dişicik sütuncuqlarının uzanmasına müsbət təsir edir ki, bu da tozlanma prossesini asanlaşdırır.
POWER L GÜBRƏ NÖVLƏRİ
.POWER UNIVERSAL ÜMUMİ QİDALANMA
. POWER START
.POWER + Sİ
. POWER + B + MO
. POWER + P
.POWER + K
.POWER + CA
.POWER UNIVERSAL ROOD
POWER L GÜBRƏLƏMƏ MƏRHƏLƏLƏRİ
. POWER START-Əkindən öncə şitillərin kökü POWER START ilə isladılarsa bitgi kökləri pereparatın tərkibindəki uzvi və mineral maddələr hesabına güclənmiş olur, eyni zamanda karbohidrat və üzvifosfor birləşmələri hesabına dezenfeksiya edilmiş olur.
.POWER UNIVERSAL RODD- Şitil əkildikdən həmən sonra ilk sulama ilə birlikdə ,kökün inkişafını sürətləndirmək və şitilin yeni mühitə uyğunlaşması zamanı stresi aradan qaldırmaq üçün POWER UNİVERSAL Rood gübrə məhlulu verilir.
.POWER UNIVERSAL ÜMUMİ QİDALANMA-Torpağa əkildikdən 7-10 gün sonra yeni mühitə uyğunlaşmağa çalışan bitginin, böyüməsi və inkişafı üçün zəngin tərkibli qidalanmaya ehtiyacı var. Kökün inkişafını sürətləndirən və şitil əkildikdən sonra stresi aradan qaldıran üzvi mineral tərkibli Power Universal ümumi Qidalanma gübrə məhlulu verilir.
.POWER + Sİ-Torpağa əkildikdən 7-10 gün sonra yeni mühitə uyğunlaşmağa çalışan bitgi Si la bəslənməzsə,zəif inkişaf edir,meyvələri az olur,patogenlərə və digər streslərə qarşı həssas olur.
. POWER + B + MO-Bitginin 3-5 çiçək dövründə gübrələmə Power Universal ümumi qida və Power +B+Mo gübrələri ilə aparılır. Bu gübrələr pomidor bitgisinin düzgün inkişafını təmin edir . Bor və Mo den çatışmazlığı halında çiçəklər tökülür,yeni tumurcuqlar əmələ gəlmir və bitgi üzərindəki çiçəklər nizamsız olur. Bu isə məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə səbəb olur.
.POWER + K-Kalium ilk növbədə gənc yarpaqlar, qönçələr və çiçəklər üçün lazımdır. Kalium karbohidratları yarpaqlardan meyvələrə nəql edir. Buna görə də, kalium çatışmazlığı zamanı meyvələr dadsız olur, bitgi zəif inkişaf edir və meyvə vermir.
.POWER + CA-Kalsium bütün aktiv böyümə dövründə bitkilərə verilir. Kalsium çatışmazlığı meyvələrdə, xüsusən də sürətli böyümə dövrlərində baş verir ki, bu da müxtəlif fizioloji dəyişikliklərə səbəb olur ;meyvə uclarının çürüməsi ,meyvə ölçüsünün kiçilməsi, dadının azalması və s.
. POWER + P-Bitki fosfor aldıqda, onun kök sistemi sürətlə inkişaf etməyə başlayır, meyvələri daha şirin olur,müxtəlif xəstəliklərə qarşı bitki müqavimətini artır. Kalium hüceyrənin su saxlamaq qabiliyyətini artırmaqla yanaşı, xlorofilin, zülalların, yağların və şəkərlərin əmələ gəlməsinə müsbət təsir edir və bitkilərdə gedən maddələr mübadiləsini gücləndirir.
Tətbiq sahələri
.Bitkilərdə
.Meyvəçilik
.Tərəvəzçilik
.Gülçülük
Gübrənin adi | LİTR/TON | PH | TƏTBİQ QAYDASİ |
Power universal ümumi qidalanma | 5 L | 5.6-6 | Torpağa |
Power+si | 2.5 L | 6.8-7 | Yarpaqdan |
Power+Ca | 1.5 L | 6.8-7 | Yarpaqdan |
Power+p | 2.5 L | 5.6-6 | Torpağa |
Power+k | 2.5 L | 5.6-6 | Torpağa |
Power universal rood | 5 L | 5.6-6 | Torpağa |
Power+B+Mo | 2.5 L | 6.8-7 | Yarpaqdan |
Gübrənin adi | LİTR/TON | PH | TƏTBİQ QATDASİ |
Power universal ümumi qidalanma | 5 L | 5.6-6 | Kokobit |
Power+si | 1.5 L | 5.6-6 | Kokobit |
Power+Ca | 1.5 | 5.6-6 | Kokobit |
Power+p | 1.5 L | 5.6-6 | Kokobit |
Power+k | 1.5 L | 5.6-6 | Kokobit |
Power+B+Mo | 1.5 L | 6.8-7 | Kokobit |