Hidroksipropion turşusu CH 3-CHOH-COOH (etiliden – süd turşusu )

Hidroksipropion turşularının quruluşu və xüsusiyyətləri

Cas nömrəsi: 50-21-5.

HS Kod: 2918.12.

EC kod: 200-018-0.

Süd turşusu(lactic acid), C 3 H 6 O 3 kimyəvi formulu ile tanınan, organik turşudur. Süd turşusu, karboksil qrupuna birləşmiş bir hidroksil qrupu olması səbəbindən alfa – hidroksid turşusuna aid olunur. Süd turşusu müxtəlif bioloji proseslerdə, xüsusən də anaerob tənəffüs zamanı enerji istehsalında mühüm rol oynayan bir növ üzvi turşudur. Süd turşusu qida sənayesində də bir çox sahədə geniş istifadə olunur.  Bunlara dadlandırma və aromaları, qida konservasiyası və qida emalını, pəhriz və sağlamlıq məhsullarını misal göstərə bilərik. 

Xüsusi quruluşa malik olması, laktik (süd) turşuya turş dad və sulu məhlullarda zəif turşu kimi davranma qabiliyyəti kimi xarakterik xüsüsiyyətlər verir. Bundan əlavə olaraq, laktik turşuda iki stereosentrin olması, iki enantiomerin mövcudluğu ilə nəticələnir: L-laktik turşu və D-laktik turşu. Bu enantiomerlər müxtəlif fizioloji təsirlər göstərir. 

“Karvan-L” şirkətlər qurupu 20 ildən artıqdır ki, kimyəvi maddə və organik turşuların istehsalı ilə məşğul olur. Daha bir yenilik olaraq hidroksipropion  (etiliden-süd) turşusunu istehsal xəttimizə daxil edirik. Süd turşusuna olan tələbat 2021-ci ildə qlobal laktik turşu bazarının 2024-cü ilədək təxminən 12-14% illik artım göstərilməsi təyin edilib. Müxtəlif sənaye sektorlarında, əlavə qida və içki sənayesi, kosmetik məhsullar, dərmanlar və bioplastiklərdə süd turşusuna olan tələbat çoxdur və zamanla bu tələbat ildən-ilə artır. Məhsulun ümumi xüsusiyyətləri arasında güclü antiseptik var ki, bu da qidanın təravətini qoruyur. Meyvə şərabları, içkilər, ət, qida, qənnadı məmulatları, tərəvəzlər, turşu və konservləşdirmə, taxıl emalı, meyvələrin saxlanması, həmçinin dəyərini artırmaq, antibakterial, raf ömrünü artırmaq, ədviyyat, qida rəngini qorumaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq kimi xüsusiyyətlərə də malikdir. Əlavə olaraq ədviyyatlarda laktik turşunun bənzərsiz turş dadı yeməyin dadını artıra bilir, sirkə və digər ədviyyatlar məhsuldakı mikroorqanizmləri sabit və təhlükəsiz saxlaya bilir və eyni zamanda ləzzəti daha yumşaq edə bilir. Laktik turşu əsasən qatıq, kefir və bəzi evdə hazırlanan pendirlər kimi fermentləşdirilmiş süd məhsullarında olur. Fermentləşdirilmiş süd məhsulları laktik turşu ilə laxtalanır. Laktik turşu, bəzi maye təmizləyicilərdə sərt su yataqlarını təmizləmək üçün kireçdən təmizləyici kimi istifadə olunur. Laktik turşu həmçinin, kosmetik vasitələrin hazırlanması zamanı da isitifadə olunur. Kosmetikada məşhur tərkib hissəsi olan laktik turşu dəriyə qulluq üçün bir sıra üstünlüklər təklif edir bunlara nəmləndirmə, dərinin teksturasının yaxşılaşdırılması, məsamələrin təmizlənməsi aiddir. Süd turşuları müxtəliv növ yuyucu məhsulların istehsalında da istifadə olunur. Son on ildə yuyucu vasitə sənayesində əhəmiyyət qazanmışdır. Yaxşı kireç təmizləyici, sabun köpüyü təmizləyici və antibakterial agentdir. Bu, həm iqtisadi cəhətdən, həm də ekoloji cəhətdən faydalıdır. 

Süd turşusu tibbdə də istifadə olunur və bir sıra xəstəliklərin (dəri xəstəliklərinin, mədə-bağırsaq xəstəliklərinin, qadın xəstəliklərinin müalicəsində və ya idman təbabətində) müalicəsində lazım olan dərmanların tərkibinə daxildir. Qeyd etmək lazımdır ki, laktik turşu həzm sisteminin bərpasında iştirak edən preparatlar kimi istifadə olunur, buna görə də həzm xəstəliklərinin müalicəsində istifadə olunur.

Ümumi olaraq süd turşusunun istifadə sahələrini belə cəmləşdirmək olar:

Kimya sənayesi süd turşularından istifadə edir:

  • Süd turşusu, bioplastiklərin, polilaktik turşu (PLA) plastikin istehsalında istifadə olunur. PLA, təbii və bərpa olunan resurslardan əldə edilən bir plastikdir və ekoloji cəhətdən daha çox dostdur. 
  • Süd turşusu, metal maddələrin təmizlənməsi və korrozdan təmizləmək üçün istifadə olunur. Eyni zamanda, metal örtüklərinin hazırlanması və metal hissələrinin qaynaq prosesi üçün də istifadə edilir.
  • Süd turşusu, təmizlik məhsullarında, misal, sanitar təmizləyicilərdə və dezinfeksiyaedici vasitələrdə istifadə edilir. Laktik turşusu, bakteriya və digər mikroorqanizmlərin öldürülməsi xüsusiyyətlərinə malikdir. 
  • Kosmetik məhsullarda süd turşusu, dərinin bərpasını və yenilənməsini təmin edən bir komponent olaraq istifadə olunur.

    Yeni yüksək təmizlənmiş süd turşusu

Yuxarı

Copyright © 2023 Maestro Studio. All rights reserved